Türkiyə Super Liqasında 9-cu turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" səfərdə "Fənərbaxça"nın qonağı olub. Qarşılaşma İstanbul təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 24 yaşlı forvard matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.
Mövsümdə ilk dəfə məğlub olan "Hatayspor" 14 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi