“Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo aktiv futbolçu karyerasını başa vurmaq haqda düşünmür.
Sportal.az xəbər verir ki, “A Bola”ya danışan portuqaliyalı daha nə qədər peşəkar səviyyədə oynamağı planlaşdırdığını bildirib:
“Azarkeşlər məni xoşbəxt edir. Mən də onlara eynilə cavab verirəm. Həm bu, həm də növbəti mövsüm oynamağı planlaşdırıram. Sonra bədənimin vəziyyətinə baxacam. Məni zirvələrə çatdıran zəhmətdir. İki mövsümdən sonra qərarımı verəcəm”.
saytlarin hazirlanmasi