Azərbaycan millisinin hücumçu Ramil Şeydayev “Buriram Yunayted”in Tayland Liqasının 8-ci turunun "Çianqray Yunayted"lə matçında heyətə daxil edilməyib.
Sportal.az saytına verilən məlumata görə, Şeydayevin bu görüşdə oynamamasının səbəbi zədə və yaxud da baş məşqçi ilə münasibətinin problemi olması ilə əlaqədar deyil.
Məsələ burasındadır ki, son günlərdə AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniya (2:0) və Avstriyaya (0:1) qarşı oyunlarda güc sərf edən, eləcə də Taylanda uzun uçuşdan sonra “Buriram Yunayted”in məşqçilər korpusu ona istirahət vermək qərarına gəlib.
Şeydayevin komandası 8 turdan sonra 16 xalla dördüncü pillədə qərarlaşıb. Millimizin forvardın formasını geyindiyi klub növbəti matçını Asiya Çempionlar Liqası çərçivəsində “Melburn Siti”yə qarşı keçirəcək.
saytlarin hazirlanmasi