Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

17:17 - 23 Oktyabr 2023

Azərbaycan minifutbol millisinin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Sportal.az xəbər verir ki, baş məşqçi Elşad Quliyev mundial üçün 16 oyunçuya ehtiyac duyub: 

Millinin heyəti: Davud Kərimi, Ağaseyid Qasımov, Tural Nərimanov, Rəvan Kərimov, Taleh Babayev, Mirkamil Əliyev, Seymur Məmmədov, Aleksandr Şemonayev (hamısı “Zirə”), Rizvan Fərzəliyev, Elvin Əlizadə, Cəfər Cəfərov, Mirmehdi Rzayev, Vəli Qafarov, Vüsal İsayev, Təmkin Xəlilzadə, Eşqin Tağıyev (hamısı “Birbaşa Bakı”).

Azərbaycan millisi dünya çempionatının G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq. Komanda ilk görüşünü oktyabrın 27-də İraqa qarşı keçirəcək.

Xəbər xətti