"Boka Xuniors"un hücumçusu forvardı Edinson Kavaninin agenti, "Neftçi"nin sabiq forvardı Valter Quqlemon Sportal.az saytına açıqlama verib.
Quqlemon Azərbaycan çempionatı ilə maraqlandığını söyləyib. Bununla yanaşı isə o, Edinsonun qarşıdakı illərdə Azərbaycanda oynamasının mümkün olmadığını deyib:
"Təbii ki, hər bir ölkədə gedən oyunları izləyirəm. Əsasən də oynadığım yerlərdəki futbolları. Bəli, Kavani Argentinada oynayır, "Boka Xuniors"la müqavilə imzaladı və hazırda da bu klubda oynayır. Kavaninin gələcəkdə Azərbaycanda oynaması qeyri-mümkündür".
Quqlemon karyerası ərzində “Ayaçço”, “Danubio”, “Paçuka”, “Penyarol”, “İnter”(indiki “Şamaxı”), “Neftçi” klublarında, həmçinin Uruqvay millisində oynayıb. O, uzun illərdir ki, Edinson Kavaninin agentidir.
Mirbağırağa
saytlarin hazirlanmasi