Trevo Çaloba “Çelsi”ni tərk edə bilər.
Sportal.az “Sky Sports”a istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçinin yanvarda ölkə xaricində oynamaq ehtimalı yüksəkdir. Belə ki, “Bavariya" və "İnter" futbolçunu heyətinə qatmaqda maraqlıdır.
Adıçəkilən futbolçu “zadəganlar”ın baş məşqçisi Maurisio Poçettinonun planlarına daxil deyil. Müdafiəçi “Çelsi”nin yetirməsidir, o, icarə əsasında “İpsviç”, “Haddersfild”, “Loryen” klublarında oynayıb.
saytlarin hazirlanmasi