"Kür-Araz"dan əzmkar qələbə - VİDEO

18:20 - 23 Oktyabr 2023

Futbol üzrə Azərbaycan II Liqasında VIII turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Dinamo" öz meydanında "Kür-Araz"ı qəbul edib. Qarşılaşma İmişli təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 12-yə yüksəldən "Kür-Araz" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 9 xalı olan "Dinamo" isə 10-cu yerdədir.

"Dinamo" - "Kür-Araz" 2:3

Qollar: Valeh Seyidov, 11, Elmin Əskərli, 29 - Ramazan Abbasov, 49, 73, Elariz Xəlilli, 67

Xəbər xətti