"Lerik" - "Şəmkir" matçında 5 qol - VİDEO

19:52 - 23 Oktyabr 2023

Futbol üzrə Azərbaycan II Liqasında VIII turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Lerik" öz meydanında "Şəmkir"i qəbul edib. Qarşılaşma cənub bölgəsi təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 10-a yüksəldən "Lerik" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 3 xalı olan "Şəmkir" isə 13-cü yerdədir.

"Lerik" - "Şəmkir" 3:2

Qollar: Qədir Həsənov, 22, Kamran Abdullazadə, 45+1, 47 - Elgün Namazov, 32, 54

Xəbər xətti