Azərbaycanın tanınmış futbolçuları məşqçilik kursunda

21:56 - 23 Oktyabr 2023

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində UEFA A kateqoriyalı məşqçi kursunun I moduluna start verilib.

Sportal.az xəbər verir ki, təlimatçılar Aslan Kərimov və Osman Rəhimovun rəhbərliyi altında keçirilən kurs oktyabrın 26-dək davam edəcək. Kurs fasilələrlə 6 ay davam edəcək.

Kursda Cavid Hüseynov, Vaqif Cavadov, Ruslan Əmircanov, Rəşad Sadiqov kimi keçmiş futbolçular da iştirak edir.

Xəbər xətti