PFL rəsmisi Millətlər Liqasının oyununa təyinat aldı

20:14 - 24 Oktyabr 2023

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.

Sportal.az xəbər verir ki, PFL rəsmisi qadın futbolçulardan ibarət komandalar arasında Millətlər Liqasının seçmə mərhələsində təşkil olunacaq Sloveniya - Belarus matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, oktyabrın 31-də Sloveniyada reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Xəbər xətti