Futbol üzrə Azərbaycan II Liqasında VIII turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Cəbrayıl" öz meydanında "Şəfa"nı qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 6:2 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 18-ə yüksəldən "Cəbrayıl" çempionatın lideridir. 4 xalı olan "Şəfa" isə 12-ci yerdədir.
"Şəfa" - "Cəbrayıl" 2:6
Qollar: Elşən Mirzəzadə, 44, Emil Valehov, 65 - Mehman Süleymanlı, 14, Nurlan Quliyev, 22, 26, Baxşəli Baxşəliyev, 42, Ağabəkir Həşimli, 63, Məhərrəm Orucov, 90+1
saytlarin hazirlanmasi