"Xarı Bülbül Şuşa" cavab oyununa çıxır

10:31 - 26 Oktyabr 2023

Bu gün kişi voleybolçulardan ibarət "Xarı Bülbül Şuşa" komandası Çelenc Kubokunda növbəti oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, Şuşa təmsilçisi 1/32 finalın cavab oyununda Slovakiyanın "TJ Spartak" klubu ilə üz-üzə gələcək.

Bakıdakı Voleybol Mərkəzində reallaşacaq qarşılaşma saat 18:00-da start götürəcək. "Xarı Bülbül Şuşa" ötən gün eyni arenada baş tutan ilk matçda inamlı qələbə qazanıb - 3:0.

Xəbər xətti