David De Xea "Mançester Yunayted"ə qayıdır

16:12 - 26 Oktyabr 2023

David De Xeanın klubsuz günləri bitmək üzrədir.

Sportal.az xəbər verir ki, ispan qapıçı yenidən "Mançester Yunayted"ə qayıdır. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar"ın əsas qapıçısı Andre Onana Kamerun millisi ilə Afrika Millətlər Kubokunda iştirak edəcəyi üçün klub rəhbərliyi bu addımı atıb. Azad agent statusunda olan 32 yaşlı "əlcək sahibi" İngiltərə təmsilçisi ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, David De Xea 2011-2023-cü illər ərzində "Mançester Yunayted"də çıxış edib. O, bu ilin iyun ayından klubsuzdur.

Xəbər xətti