Premyer Liqanın lideri "Qalatasaray"ın futbolçusunu istəyir

18:40 - 26 Oktyabr 2023

"Qalatasatay"ın futbolçusu Kerem Aktürkoğlu karyerasını İngiltərədə davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 25 yaşlı vingerin xidmətində Premyer Liqanın lideri olan "Tottenhem" maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

London təmsilçisinin qıza zaman ərzində Türkiyə millisinin üzvü üçün "sarı-qırmızılar"a rəsmi təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, "Qalatasaray" Kerem Aktürkoğlunu 2020-ci ilin yayında "24 Erzincanspor"dan transfer edib. Ön xətt oyunçusu cari mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti