Azərbaycan idmançısı dünya çempionu oldu

19:30 - 28 Oktyabr 2023

Macarıstanın paytaxtı Budapeştdə karate üzrə dünya çempionatı keçirilir.

Sportal.az xəbər verir ki, azərbaycanlı karateçi İrina Zaretska (68 kq)  finalda İsveçrə təmsilçisi Yelena Quriçlə qarşılaşıb.

Rəqibinə 4:3 hesabı ilə qalib gələn Zaretska 3-cü dəfə dünya çempionu olub.

O, bundan əvvəl 2018 və 2021-ci illərdə keçirilən mundiallarda qızıl medal qazanıb.

Xəbər xətti