Premyer Liqa nəhəngləri "Qalatasaray"ın futbolçusu üçün mübarizə aparır

16:14 - 30 Oktyabr 2023

"Qalatasaray"ın müdafiəçisi Saşa Boey karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki. 23 yaşlı futbolçunun xidmətində "Mançester Yunayted" və "Arsenal" maraqlıdır. Bu barədə Fransanın "Sport" nəşri məlumat yayıb.

Premyer Liqa nəhəngləri qış transfer pəncərəsi zamanı fransalı sağ cinah müdafiəçisi üçün "sarı-qırmızılar"a rəsmi təklif göndərəcək.

Qeyd edək ki, "Qalatasaray" Saşa Boeyi 2021-ci ilin yayında "Renn"dən transfer edib. Arxa xətt oyunçusu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 71 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti