"Şahdağ Qusar"dan "Şəmkir"ə 5 cavabsız qol - VİDEO

18:31 - 30 Oktyabr 2023

Futbol üzrə Azərbaycan II Liqasında IX turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Şəmkir" doğma meydanda "Şahdağ Qusar"ı qəbul edib. Qarşılaşma şimal bölgəsi təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 17-yə yüksəldən "Şahdağ Qusar" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 3 xalı olan "Şəmkir" isə 13-cü yerdədir.

"Şəmkir" - "Şahdağ Qusar" 0:5
Qollar:
 Tural Qurbatov, 50, 67, Rubin Seyidov, 63, Fərman Qənbərov, 82, Mehdi Rəsulov, 85

Xəbər xətti