Messi 8-ci dəfə "Qızıl top"u qazandı

09:00 - 31 Oktyabr 2023

“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının qalibi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə təşkil olunan tədbirdə bu mükafata ABŞ-nin “İnter Mayami” klubunun kapitanı Lionel Messi layiq görülüb.

Argentinalı hücumçu karyerasında 8-ci dəfə titula sahib çıxıb. Lionel Messi 2022-ci ilin noyabr-dekabr aylarında Qətərdə keçirilən dünya çempionatının qalibi olub. O, daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub.

Xəbər xətti