"Qarabağ"ın rəqibi evdə böyük hesabla uduzdu

12:11 - 31 Oktyabr 2023

Futbol üzrə Norveç çempionatında 26-cı turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki. Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Molde" doğma meydanda "Tromsö"nü qəbul edib. Qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

26 turdan sonra 44 xal toplayan "Molde" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" Bakıda keçirilən ilk oyunda "Mölde"ni 1:0 hesabı ilə məğlub edib. Komandalar arasında ikinci görüş 1 dekabr tarixində Norveçdə baş tutacaq.

Xəbər xətti