Azərbaycan millisində yeni məşqçi təyinatı

14:18 - 31 Oktyabr 2023

Cüdo üzrə Azərbaycan millisində məşqçi dəyişikliyi reallaşıb.

Sportal.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Xəbərə görə, Mehman Əzizovla əməkdaşlığın davam etdirilməməsi qərara alınıb və onunla müqaviləyə xitam verilib.

Əvəzində Rüstəm Alimli böyüklərdən ibarət milliyə məşqçi təyin olunub. O, həm də yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək.

Xəbər xətti