Kriştiano Ronaldo elə bir şey istədi ki... - VİDEO

12:59 - 1 Noyabr 2023

Səudiyyə Ərəbistanı Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu raundda Kriştiano Ronaldonun formasını geyindiyi "Əl Nəssr" doğma meydanda "Əl Ettifaq"ı qəbul edib.

Ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatan matçda portuqaliyalı ulduz maraqlı hərəkəti ilə yadda qalıb. 38 yaşlı hücumçu görüşün hakiminin dəyişdirilməsini istəyib.

Təcrübəli futbolçu çilili referinin idarəçiliyindən narazı qalıb. O, ilk hissənin əlavə vaxtında Anderson Talişkanın qeydə alınmayan qolundan sonra baş hakimi göstərərək əli ilə dəyişiklik işarəsi edib.

Xəbər xətti