Ulduz futbolçu Ronaldonun komanda yoldaşı olacaq

19:13 - 3 Noyabr 2023

"Mançester Yunayted"in futbolçusu Rafael Varan komandadan ayrılmağa hazırlaşır.

Sportal.az xəbər verir ki, 30 yaşlı müdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır. Bu barədə "Sport Bible" nəşri məlumat yayıb.

Kriştiano Ronaldonun formasını geyindiyi "Əl Nəssr" fransalı arxa xətt oyunçusunu heyətinə qatmaq istəyir. Təcrübəli mərkəz müdafiəçisi ərəblərin təklifini qəbul edəcək.

Qeyd edək ki, "Mançester Yunayted" Rafael Varanı 2021-ci ilin yayında "Real"dan 70 milyon avroya transfer edib. O, qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 72 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti