Tanınmış məşqçi karyerasını başa vurdu

10:59 - 4 Noyabr 2023

Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku tutduğu postdan istefa verib.

Sportal.az xəbər verir ki, 78 yaşlı mütəxəssis Ukrayna çempionatında "Şaxtyor"a 0:1 hesabı ilə məğlub olduqları görüşdən sonra ayrılıq qərarı verib. O, 2024-cü ilin yayına kimi müddəti olan müqaviləsinə vaxtından əvvəl xitam verilməsini istəyib.

Luçesku məşqçilik karyerası ilə də bağlı yekun qərar verib. Rumıniyalı çalışdırıcı məşqçilik karyerasını başa vurduğunu açıqlayıb.

Qeyd edək ki, Mirça Luçesku karyerası ərzində "Qalatasaray", "Beşiktaş", "Şaxtyor", "Zenit" kimi klublarda işləyib. O, həmçinin Rumıniya və Türkiyə millilərinə də rəhbərlik edib.

Xəbər xətti