Xankəndi stadionunda bərpa işləri aparılır - FOTO

15:08 - 6 Noyabr 2023

Xankəndi şəhəri stadionunda bərpa işləri aparılır.

Sportal.az xəbər verir ki, bununla bağlı Xankəndi şəhərinin X sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.

"Xankəndi şəhər stadionu 1956-cı ildə istifadəyə verilib. Hazırda stadionda bərpa işləri aparılır", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, artıq separatçıların qondarma bayrağının rəngində olan oturacaqlar stadionun tribunalarından sökülüb. Stadionun tribunalarında oturacaqlar yeniləri ilə əvəzlənəcək.


Xəbər xətti