II Liqa: Liderlərin matçında 5 qol - VİDEO

20:23 - 7 Noyabr 2023

Futbol üzrə Azərbaycan II Liqasında X tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün lider "Baku Sportinq" öz meydanında "Cəbrayıl"ı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 25-ə yüksəldən "Bakı Sportinq" liderliyini davam etdirir. 21 xalı olan "Cəbrayıl" isə 2-ci yerdədir.

“Baku Sportinq” – “Cəbrayıl” 4:1
Qollar: Məhəmməd Xəlilov, 30; 50. Elməddin Hüseynzadə, 62. Qərib İbrahimov, 65 – Tapdıq Əhmədov, 59-pen.

Xəbər xətti