"Qarabağ"ın sabiq futbolçusu Muarem Muarem Sportal.az saytına açıqlama verib.
Şimali makedoniyalı məşqçi Ağdam klubunun forvardı Juninyo Olavio barədə danışıb.
Vaxtı ilə "Qarabağ"da oynamış Muarem braziliyalı hücumçunun "Sevilya"ya mümkün keçidini şərh edib:
"Uzun müddətdən sonra "Qarabağ" Juninyo kimi forvard tapa bilmişdi. Həqiqətən braziliyalı forvard Premyer Liqanın səviyyəsindən üstün olan oyunçudur. Təbii ki, böyük klubdan gələn təklif olduqda, futbolçu da düşünür. Çünki hər bir futbolçu top-5 liqadan təklif gələndə getmək istəyər. Bu da çox normal haldır. Təbii ki, "Qarabağ" üçün böyük problem olar. Xüsusilə də, avrokubok oyunlarını nəzərə alsaq...Amma klubun mənfəəti üçün, uyğundursa, "Qarabağ" bu təklifi dəyərləndirəcək. Onu da anlayıram. İspaniya klubundan təklif gəlib".
Muarem Muarem 2012-2015 və 2016-2017-ci illərdə "Qarabağ"dan oynayıb.
saytlarin hazirlanmasi