"Fənərbaxça"nın futbolçusu Duşan Tadiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək imkanına sahibdir.
Sportal.az Səudiyyə Ərəbistanı mətbuatına istinadən xəbər verir ki, "Əl-Taavun" serbi heyətinə qatmağı planlaşdırır.
36 yaşlı futbolçunun “Fənərbaxça” ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
O, 2023-cü il iyulun 16-dan İstanbul klubunun formasını geyinir. Duşan “Voyvodina”, “Qroningen”, “Tvente”, “Southempton”, “Ayaks” klublarında oynayıb.
saytlarin hazirlanmasi