"Şamaxı"nın hücumçusu: "Premyer Liqada qalmağa layiqik"

17:16 - 18 Fevral 2025

"Şamaxı" Misli Premyer Liqasının 23-cü turunda səfərdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə edib. Qonaqların braziliyalı hücumçusu Maykl Tuik matçdan sonra Sportal.az saytına müsahibə verib:

- Çətin oyun oldu. Bu bir xal bizim üçün çox önəmli idi.

- Növbəti turda "Turan Tovuz"la üz-üzə gələcəksiz. Bu oyundan gözləntilərin nədir?

- Bizi çox gərgin qarşılaşma gözləyir. İstirahətdən sonra üç gün vaxtımız olacaq. Çalışacağıq ki, məşqlərdə məşqçilərin tapşırıqlarını yerinə yetirək və oyuna tam hazır olaq.

- Belajdi Pusi və Leroy Mikelsin yoxluğunda 90 dəqiqə meydanda oldun. Öz performansını necə dəyərləndirirsən?

- Özümü yaxşı hiss edirəm. Əlbəttə ki, fiziki baxımdan daha da artırmağa ehtiyacım var. Addım-addım yaxşılığa doğru gedirəm.

- Premyer Liqaya və komandaya adaptasiyan necədir?

- Hər şey yaxşı gedir. Məşqçilər heyəti, komanda yoldaşlarım mənə kömək olur.

- Qış fasiləsindən sonra "Şamaxı" 1 qələbə qazanıb. Komandanın oyununda geriləmə hiss olunmur?

- Biz irəliləyirik. Komandada yeni oyunçular var. Daha yaxşı olacağıq.

- Premyer Liqada qalmaq uğrunda gərgin mübarizə gedir. Bu mübarizədə "Şamaxı"nın şanslarını necə dəyərləndirirsən?

- Biz güclü komandayıq, yaxşı məşqçilər heyətimiz var. Premyer Liqada qalmağa layiqik.

- Bir çox məşqçilərlə çalışmısan. Ayxan Abbasovun oyun üslubu haqda fikirlərin necədir?

- Baş məşqçimizin böyük təcrübəsi var. 31 yaşım olmasına baxmayaraq, ondan hər gün yeni şeylər öyrənirəm.

Elçin Əlixan

Xəbər xətti