Monteneqro mətbuatı “Qarabağ”ın Misli Premyer Liqasının 23-cü turunda "Neftçi" üzərində qazandığı qələbəni (1:0) şərh edərkən, ilk növbədə bu oyunda həmyerlilərinin iştirakını qeyd ediblər.
Sportal.az xəbər verir ki, "Lob Sport" nəşri Marko Yankoviçin derbidə vurduğu qolu şərh ediblər:
"Bu, Marko Yankoviçin keçən ilin aprelindən bəri ilk qolu idi. Monteneqro millisinin futbolçusu "Azərbaycan derbisinin" nəticəsini həll etdi. O, "Qarabağ"ın səfərdə "Neftçi" üzərində qələbəsini təmin etdiyi qolu vurdu. Kevin Medina meydandan qovulduqdan sonra 22-ci dəqiqədən etibarən qonaqlar 10 nəfərlə oynadı. Bununla belə, hazırkı Azərbaycan çempionunun müstəsna keyfiyyətli heyəti say azlığına baxmayaraq, zəfər formulunu tapıb, 12-ci çempionluq yoluna davam etməyi bacarıb. Yankoviç 87-ci dəqiqədə məşhur “panenka”dan istifadə edərək penaltini qola çevirdi. Monteneqro millisinin futbolçusu Çexoslovakiya millisinin əfsanəvi futbolçusu Antonin Panenkanın adını daşıyan zərbəni sakitcə yerinə yetirdi. Maraqlıdır ki, Marko 10 ay sonra eyni kluba qol vurdu. Yeri gəlmişkən, Yankoviç bütün 90 dəqiqəni "Qarabağ"ın heyətində keçirib, Marko Vesoviç isə matçı ehtiyat oyunçular skamyasından izləyib. Bu görüşə monteneqroluların qarşıdurması da demək olar. “Neftçi”nin futbolçusu Edvin Kuç da meydanda idi".
saytlarin hazirlanmasi