Türkiyə klubu "Mançester Siti"nin keçmiş forvardını transfer etməyi planlaşdırır

15:48 - 19 Fevral 2025

“Mançester Siti”nin sabiq hücumçusu Stefan Yovetiç Türkiyəyə yollana bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı forvard “Kocaelispor”un transfer siyahısında yer alıb.

Hazırda Superliqaya vəsiqə qazanmaq üçün mübarizə aparan birinci liqa klub istəyini reallaşdırarsa, Yovetiç İzmitə yollanacaq. “Kocaelispor” hazırda aşağı liqada liderdir.

“Mançester Siti” ilə yanaşı “Partizan”, “Fiorentina”, “İnter”, “Sevilya”, “Monako”, “Herta”, “Olimpiakos” klublarında oynamış monteneqrolu 2024-cü il sentyabrın 30-da “Omoniya”ya keçib. Təcrübəli hücumçunun Nikosiya təmsilçisi ilə müqavilə müddəti 2026-cı il mayın 31-nə qədərdir. 

Xəbər xətti