Yunanıstan – Azərbaycan oyununa təyinatlar açıqlandı

13:22 - 20 Fevral 2025

Futzal üzrə Avropa çempionatının əsas mərhələsinin V qrupu çərçivəsində keçiriləcək Yunanıstan – Azərbaycan oyununa təyinatlar açıqlanıb.

Sportal.az xəbər verir ki, Afinada baş tutacaq matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Trayan Ençevə Kaloyan Kirilov və İvan İvanov kömək edəcəklər. Almaniyalı Sven Ekler isə hakim-inspektor kimi fəaliyyət göstərəcək.

DAİS İdman Arenasında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xəbər xətti