U-17 yığma komandamız Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kuboku turnirində üçüncü yer uğrunda oyuna çıxacaq.
Sportal.az xəbər verir ki, yer aldığı B qrupunu 6 xalla ikinci pillədə tamamlayan millimiz A qrupunda eyni xalla ikinci yeri tutan Özbəkistan yığması ilə qarşılaşacaq.
Matç fevralın 21-də keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 15:40-da start veriləcək.
saytlarin hazirlanmasi