Azərbaycan millisinin sabiq üzvü Çempionlar Liqasında 5 qola sevindi

12:22 - 19 Fevral 2025

Azərbaycan milli komandasının sabiq futbolçusu Eddi İsrafilov formasını geyindiyi Malayziyanın "Yohor Darul Tazim" klubunun heyətində Asiya Çempiolar Liqasının əsas mərhələsində 8-ci tur matçına çıxıb.

Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin komandası doğma meydanda Cənubi Koreyanın "Pohanq" klubu ilə qarşılaşıb.

7 qolun vurulduğu matçda sevinən tərəf malayziyalılar olublar - 5:2. İsrafilov 90 dəqiqə meydanda qalıb. "Yohor Darul Tazim" xallarını sayını 14-ə çatdıraraq turnir cədvəlində 4-cü pilləyə yüksəlib.

Lider "Kavasaki Frontale"nin (Yaponiya) 18 xal var.

 

Xəbər xətti