"Borussiya" futbolçusu üçün 102 milyon avro tələb edir

11:49 - 18 Fevral 2025

"Borussiya”nın (Dortmund) futbolçusu Ceymi Qittens İngiltərə Premyer Liqasında oynaya bilər.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, Dortmund təmsilçisinin vingeri “Arsenal”, “Tottenhem”, “Çelsi”nin maraq dairəsindədir. 20 yaşlı futbolçunun menecerinə London klubunun rəsmiləri rəsmi təklif göndərib.

“Borussiya” isə ingilisə görə 102 milyon avro qazanmaq istəyir. Gittens bu mövsüm 33 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Ceymi 2022-ci il iyulun 1-dən “Borussiya”da oynayır. Onun klubla müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

İngilis "Mançester Siti"nin yetirməsidir.

Xəbər xətti