Açığı, elə bilirdim ki, legioner limitinin ləğvi barədə qərar çıxandan sonra milli komandanın baş məşqçisi mətbuatda gündəmi zəbt edəcək. Çığıracaq, üsyan edəcək ki, bəs mən indi neyləyim, millidə onsuz da işlər qaydasında getmirdi, bu gedişlə daha pis olacaq və s...
Fernando Santuş isə hələ də susur, danışmır. Elə bil heç bir limit dəyişikliyi olmayıb, heç nə baş verməyib. Qəribə mənzərə, anlaşılmaz davranışdır. Yəni bu adam başa düşmür ki, buna qədər də az olan seçim imkanları lap məhdudlaşıb... Nə qədər yaşlansa da, ağlını itirənə oxşamır, baş verənlərin fərqinə varır.
Gedişat onu göstərir ki, qarşıdakı seçmə mərhələdə Santuş klubunda davamlı oynayan 11 azərbaycanlı futbolçu belə tapmaqda çətinliklə üzləşə bilər. Daha çox ehtiyatda oturanlara güvənməli olacaq.
Santuşun susqunluğundan belə nəticə çıxarmaq olar ki, ona millinin nəticələrinin əhəmiyyətli olmadığı deyilib. Əcnəbi mütəxəssisə o rahatlıq verilib ki, heç nəyə reaksiya vermir. Başını salıb aşağı, pulunu qazanır.
Belədə ortaya həmişəki sual çıxır. Millidən nəticə tələb olunmursa, Santuşa nə ehtiyac?
Həmid
saytlarin hazirlanmasi