"Turan Tovuz"un müdafiəçisi Rüfət Əhmədov Sportal.az saytına açıqlama verib.
O, komandasının Misli Premyer Liqasının 23-cü turunun "Araz-Naxçıvan"la görüşü haqda fikirlərini bildirib:
"Araz-Naxçıvan"a qalib gəlsək də, oyunumuz ürəyimizcə olmadı. Qalib gəlməyimizə baxmayaraq, tam istədiyimiz oyunu göstərə bilmədik. Biz bir ailəyik. Kimdəsə alınmaya bilər, ona dəstək olub, yanında olmalıyıq. Oyunumuzun istədiyimiz kimi alınmaması isə bir nəfərə bağlı deyil. İkinci toplarda uduzurduq, buna görə də oyunumuz alınmırdı. Hər hada, qol vurduq və qələbə qazandıq. "Turan Tovuz" və "Araz-Naxçıvan" komandalarının oyunlarında xırda məqam həlledici ola bilər. Rəqibin qırmızı vərəqə qazanması bizim üçün yaxşı oldu. Epizodlara girdik. Qələbədə hamımızın payı var, oynayanın da oynamayanın da".
Əhmədov "Turan Tovuz"un turnir cədvəlindəki mövqeyi ilə bağlı isə bunları deyib: "Turnir cədvəlində bizdən yuxarıda olan komandaların hamısından xal almağı bacarmışıq. Bizdən aşağı pillələrdə yer alan komandalarla görüşdə isə sanki nəsə çatmır. Səbəbini bilmirik. Hər oyuna qələbə üçün çıxırıq, köklənirik. Alınmayanda, alınmır".
saytlarin hazirlanmasi