"Real"ın baş məşqçisi postuna sürpriz namizəd

23:09 - 18 Fevral 2025

"Real" Karlo Ançelotti ilə yollarını ayıracağı halda baş məşqçi postu üçün namizədləri müəyyənləşdirib.

Sportal.az xəbər verir ki, La Liqa nəhənginin gündəmində iki mütəxəssis var. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

"Real" hazırda "Bornmut"a rəhbərlik edən Andoni İraola ilə yaxından maraqlanır. İspan mütəxəssisin Premyer Liqa təmsilçisində gördüyü işlər "kral klubu"nun diqqətini cəlb edib.

Madrid təmsilçisinin baş məşqçisi postuna digər namizəd isə "Bayer"in "sükan"ı arxasında olan Xabi Alonsodur.

Xəbər xətti