"Mançester Yunayted" İngiltərə millisinin hücumçusunu transfer etmək istəyir

20:57 - 19 Fevral 2025

İngiltərənin  "Mançester Yunayted" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "İpsviç Taun"da çıxış edən Liam Delapı transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Mançester Yunayted" ingiltərəli forvardı yayda heyətinə qatmağı planlaşdırır. "Qırmızı şeytanlar" Delap üçün onun klubunun tələb etdiyi 40 milyon funt-sterlinqi ödəməyə hazırdır.

İngiltərə U-21 millisinin üzvü ilə "Çelsi" də yaxından maraqlanır.

Qeyd edək ki, "İpsviç Taun" Lian Delapı mövsümün əvvəlində "Mançester Siti"dən transfer edib. 22 yaşlı hücumçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti