Kişi voleybolçular arasında Yüksək Liqada XI turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu gün XI tur çərçivəsində “Gənclər” “Xilasedici” ilə, “Murov Az Terminal” komandası MOİK-lə, “Neftçi” isə “Azərreyl” klubu ilə üz-üzə gəlib.
Hər üç qarşılaşmada qalib 3 setdə müəyyən olunub.
Yüksək Liqa
XI tur
18 fevral
“Murov Az Terminal” - MOİK 3:0 (25:15, 25:16, 25:7)
“Gənclər” - “Xilasedici” 0:3 (10:25, 21:25, 20:25)
“Neftçi” - “Azərreyl” 0:3 (22:25, 20:25, 19:25)
Qeyd edək ki, kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları fevralın 25-də keçiriləcək.
saytlarin hazirlanmasi