Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan yığma Şimali İrlandiya ilə üz-üzə gələcək.
Albaniyanın paytaxtı Tiranada yerləşən “House of Football Natural Pitch” stadionunda təşkil olunacaq qarşılaşmanı rumıniyalı Roxana Rekorean idarə edəcək.
Matç Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.
saytlarin hazirlanmasi