"Bayer"in futbolçusu Florian Virts karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Siti" almaniyalı hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "TNT Sports" məlumat yayıb.
"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola Virtsi mövsümün sonunda klubla müqaviləsi başa çatan Kevin De Brüynenin davamçısı kimi görür. "Mançester Siti" yayda 21 yaşlı futbolçunun keçidini həll etmək üçün səy göstərəcək.
Qeyd edək ki, "Bayer" Florian Virtsi 2020-ci ilin yanvar ayında "Köln"ün akademiyasından transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 15 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc oyunçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi