"Marsel"in futbolçusu PSJ-yə keçə bilər

18:09 - 18 Fevral 2025

"Marsel"in futbolçusu Meyson Qrinvud Fransada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, PSJ ingiltərəli vingeri heyətinə qatmaq istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Paris klubu Qrinvud üçün "Marsel"ə 75 milyon avro təzminat ödəməyə hazırdır. PSJ 23 yaşlı ön xətt oyunçusunun keçidini yayda həll etməyi planlaşdırır.

Qeyd edək ki, "Marsel" Meyson Qrinvudu mövsümün əvvəlində "Mançester Yunayted"dən transfer edib. İngiltərə millisinin sabiq üzvü Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 15 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti