"Fənərbaxça"nın futbolçusu üçün 20 milyon avro

17:13 - 26 Mart 2025

"Fənərbaxça"nın futbolçusu Oğuz Aydın karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Napoli" türk vingeri transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Napoli" Oğuzu yayda heyətinə qatmağı planlaşdırır. Neapol klubu 24 yaşlı ön xətt oyunçusu üçün 20 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Fənərbaxça" Oğuz Aydını mövsümün əvvəlində "Alanyaspor"dan transfer edib. Türkiyə millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti