Azərbaycan Premyer Liqasında yarışmış "Simurq"un sabiq çalışdırıcısı Sergey Yuran "Ural"ı çalışdırmağa yaxındır.
Sportal.az "Metaratings.ru" portalına istinadən xəbər verir ki, Yekaterinburq təmsilçisi artıq rus məşqçi ilə danışıqlara başlayıb.
Yuran gələn təklifə razılıq verib. Tərəflər arasında anlaşma əldə edilib.
Hazırda "Ural" Birinci Liqada 49 xalla 3-cü pillədədir və Premyer Liqaya geri dönməyə iddialıdır.
Qeyd edək ki, 55 yaşlı mütəxəssis 2011-2012-ci illərdə “Simurq”da işləyib.
saytlarin hazirlanmasi