"Karvan" və "İmişli" azarkeşlərə görə cərimələndi

16:16 - 16 Aprel 2025

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, toplantıda I Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

10.04.2025-ci il tarixində I Liqada XXI turun “Zaqatala” – “Baku Sporting” oyununun 17-ci dəqiqəsində “Baku Sporting” klubunun 1 nömrəli oyunçusu Cəfər Əlizadə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Baku Sporting” klubu 100 manat cərimə edilsin (maddə 41);

10.04.2025-ci il tarixində I Liqada XXI turun “Qaradağ Lökbatan” – “Mingəçevir” oyununda “Qaradağ Lökbatan” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Qaradağ Lökbatan” komandası 70 manat cərimə edilsin (maddə 37);

11.04.2025-ci il tarixində I Liqada XXI turun “Karvan” – “İmişli” oyununda “Karvan” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Karvan” klubu 80 manat cərimə edilsin (maddə 52.1);

11.04.2025-ci il tarixində I Liqada XXI turun “Karvan” – “İmişli” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilsin (maddə 51.2);

11.04.2025-ci il tarixində I Liqada XXI turun “Karvan” – “İmişli” oyunu bitdikdən sonra “İmişli” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “İmişli” klubu 150 manat cərimə edilsin (maddə 52.2);

11.04.2025-ci il tarixində I Liqada XXI turun “Qəbələ” – “Difai” oyununda “Difai” komandasında 5 futbolçu sarı vərəqə aldığı üçün “Difai” komandası 70 manat cərimə edilsin (maddə 37);

Xəbər xətti