Türkiyədə oynamış hücumçu faciəvi şəkildə həlak oldu

17:15 - 16 Aprel 2025

Çinin "Çjetszyan" klubunun hücumçusu Aron Bupendza faciəvi şəkildə həlak olub.

Sportal.az xəbər verir ki, 28 yaşlı forvard Çində binanın 11-ci mərtəbəsindən yıxılaraq ölüb. Bu barədə xarici mətbuat məlumat yayıb.

Qabonlu futbolçunun ölümü ilə bağlı 3 ehtimal var. Bunlardan biri oyunçunun ehtiyatsızlıqdan yıxılmasıdır. Digər ehtimal intihardır. Üçüncüsü isə Bupendza ilə mübahisə edən qardaşının onu itələməsidir. Çin polisi hadisə ilə bağlı atraşdırma aparır.

Qeyd edək ki, Aron Bupendza karyerası rəzində "Bordo", "Pau", "Ayaçço", "Trua" (hamısı Fransa), "Hatayspor" (Türkiyə), "Rapid" (Rumıniya), "Əl-Şəbab" (Səudiyyə Ərəbistanı) və "Əl-Ərəbi"də (Qətər) oynayıb.

Xəbər xətti