"Beşiktaş" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul klubunun əsas hədəfi "Nyukasl"da çıxış edən Co Uilloku transfer etməkdir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
Super Liqa nəhəngi ingiltərəli yarımmüdafiəçinin transferi üçün 13 milyon avroluq büdcə ayırıb.
Qeyd edək ki, Co Uillok 2025/26 mövsümündə "Nyukasl"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 26 yaşlı futbolçunun Premyer Liqa klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.
saytlarin hazirlanmasi
