Mirça Luçesku “Şaxtyor”la yeni müqavilə bağladı
Mirça Luçeskunun mövsümün sonunda Donetskin “Şaxtyor” klubuyla yollarını ayırcağı gözlənilirdi.
Sportal.az xəbər verir ki, rumıniyalı mütəxəssisin karyerasını yenidən Türkiyədə davam etdirəcəyi barədə xəbələr dolaşırdı
Təcrübəli çalışdırıcının “Fənərbaxça”ya başçılıq edəcəyi gözlənilsə də, Luçesku sonda Ukraynada qalmağa qərar verib. 2004-cü ildən Donetsk təmsilçisini çalışdıran baş məşqçi “Şaxtyor”la müqavilə müddəyini bir il də artırıb. Luçesku belə çətin gündə komandanı tərk etmək istmədiyini deyib:
“On ildən çoxdur ki, “Şaxtyor”un baş məşqçisi işləyirəm. Belə çətin gündə komandanı tərk etsəydm, özümə bağışlamazdım. Ona görə də Ukraynada qalmağa üstünlük verdim və klubla müqaviləmi artırdım”.
saytlarin hazirlanmasi