Millimizin sabiq üzvünün komandasında maliyyə problemi

14:12 - 9 Aprel 2015

Subaşiç iki aydır maaş ala bilmir
 
Millimizin sabiq üzvü Branimir Subaşiç şərəfini qoruduğu "Manisaspor"da problemlə üzləşib.
 
Sportal.az xəbər verir ki, birinci liqa təmsilçisinin iki aydır futbolçuların maaşını ödəmədiyi məlum olub. Bu isə oyunçuların narazılığına səbəb olub. Aşağı liqaya düşmək təhlükəsi olan "Manisaspor"un futbolçuları maaşlarını alacaqları təqdirdə, komandada əhval-ruhiyənin yüksələcəyini düşünürlər.
 
Qeyd edək ki, "Manisaspor" hazırda turnir cədvəlində 26 xalla 15-ci pillədədir.

Xəbər xətti