Lusio "Qalatasaray"ın müdafiəçisini ittiham etdi VİDEO

15:00 - 13 Aprel 2015

“DÇ-2010-da məğlubiyyətin günahkarı Melodır”
 
2002-ci ildə Braziliya millisinin heyətində dünya çempionu olan Lusio maraqlı açıqlama verib.
 
Sportal.az xəbər verir ki, Münhenin “Bavariya” və İtaliyanın “İnter” klubunda çıxış etmiş müdafiəçi yığmasının 2010-cu ildə dünya çempionu olmamasının səbəbini “Qalatasaray”da çıxış edən Felipe Meloda görür:
 
“Əgər Melo Hollandiya millisiylə oyunda qırmızı vərəqə almasaydı, onda biz finala qədər irəliləyə bilərdik. Həmin oyunda Melo öz qapımıza qol vurdu, sonra da qırmızı vərəqə aldı. Bütün bunlar komandanın oyununa təsir etdi. Braziliya millisinin ¼ final mərhələsində mübarizəni dayandırmasının əsas günahkarı Melodadır”. 
 
 
 

Xəbər xətti